11 
Apr
2018
11:43
36
332
6423
Virtual karabakh

Amerikalı milyarder: “Qarabağ”a qol vurarkan yaxşı hisslər keçirirdik

11 Apr, 2018
11:43
6423

Amerikalı milyarder: “Qarabağ”a qol vurarkan yaxşı hisslər keçirirdik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın “Roma” klubunun prezidenti Ceyms Pallotta Çempionlar Liqasının yarımfinal mərhələsində İspaniya “Barselona”sını 3:0 hesabı ilə yendikləri cavab görüşündən sonra fikirlərini açıqlayıb. 

Oxu.Az xəbər verir ki, əslən ABŞ-dan olan milyarder oyuna tam dominantlıq etdiklərini bildirib: 

“İnanılmazı gerçəkləşdirdik. İlk oyunda bəxtimiz gətirməmişdi. Bu dəfə isə 1:4 hesablı məğlubiyyətin əvəzini çıxdıq. Qrup mərhələsinin son oyununda Dyeqo Perotti “Qarabağ”a qol vurarkan də yaxşı hisslər keçirirdik. Lakin bugünkü sevincimizin həddi-hüdudu yoxdur. “Roma”nın bugünkü nailiyyəti unudulmazdır”.

Pallotta “Barselona”nı darmadağın etməkdə baş məşqçi Eusebio Di Françeskonun əvəzləmələrinin xüsusi rol oynadığını vurğulayıb. O, İspaniya nəhəngini məğlub etdikdən sonra istənilən rəqiblə mübarizəyə hazır olduqlarını bildirib: 

“Artıq dörd ən güclü komanda sırasındayıq. Komandamızın belə oyununu heç vaxt görməmişəm. Biz əla oynamağa qadir olduğumuzu nümayiş etdirdik. Bu, beş illik klub prezidentliyim dövründə ən yaxşı oyunumuzdur”.

Qeyd edək ki, “Roma” qrup mərhələsində “Qarabağ”ı Bakıda 2:1, İtaliya paytaxtında isə 1:0 hesabı ilə yenib. İtaliya klubu qrup lideri kimi yüksəldikləri 1/8 finalda Ukrayna “Şaxtyor”unu səfər qolu sayəsində üstələyiblər – 1:2, 1:0. Eyni hal “Barselona” ilə 1/4 final görüşlərində də təkrarlanıb – 1:4, 3:0. 

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri