16 
Apr
2018
01:42
125
19
7981
Virtual karabakh

Bir gündə üç ölkədə çempion müəyyənləşdi

16 Apr, 2018
01:42
7981

Bir gündə üç ölkədə çempion müəyyənləşdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Avropanın aparıcı futbol çempionatlarında oyunlar keçirilib.

Oxu.Az xəbər verir ki, keçirilən nəticələrdən sonra daha üç ölkədə çempionlar müəyyənləşib.

Hollandiya Erediviziyasında PSV “Ayaks”ı 3:0 yenərək sona üç tur qalmış Amsterdam təmsilçisi ilə arasındakı xal fərqini ona yüksəldib. Bununla da Eyndhoven klubu 24-cü dəfə çempionluğunu bayram edib.

İngiltərə Premyer Liqasında da erkən çempionluq baş verib. Ancaq bu dəfə II yerdə gedən komanda çempiona kömək edib. Belə ki, “Mançester Yunayted” gözlənilmədən öz meydanında autsayder “Vest Bromviç”ə uduzub.

Belə olan halda, onların əzəli rəqibi olan “şəhərlilər” sona beş tur qalmış 16 xal fərqlə çempion olub. Bu, “Siti”nin tarixində beşinci çempionluğu olub.

Fransa Liqa 1-də də gözlənilən çempionluq baş verib. Amma “Paris Sen-Jermen”in (PSJ) əsas rəqibi olan, son çempion “Monako”nu belə hesabla yenib çempion olacağını heç kim gözləmirdi.

Paris klubu əsas rəqibini 7:1 hesabı ilə darmadağın edib. Fransada mövsümün başa çatmasına beş tur qalmış hər iki komanda arasındakı 17 xallıq fərq PSJ-nin yeddinci dəfə çempionluq yaşamasına səbəb olub.

Qeyd edək ki, bundan əvvəl Avropanın aparıcı çempionatlarından Almaniyada çempion bəlli olmuşdu. “Bayern” ötən tur vaxtından erkən çempionluğunu bəyan etmişdi.

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri