17 
Apr
2018
18:20
267
23
4858
Virtual karabakh

Yaşar Məmmədov erməni məşqçini yalançı çıxartdı

17 Apr, 2018
18:20
4858

Yaşar Məmmədov erməni məşqçini yalançı çıxartdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın paytaxtı Yerevanda keçirilən 23 yaşadək qılıncoynadanlar arasında Avropa çempionatının keçirilməsinə Azərbaycandan səs verilməsi böyük səs-küyə səbəb olub.

Ermənistanın lehinə səs verənlər arasında adı çəkilən digər şəxs Yaşar Məmmədovdur. 2016-cı ildə Avropa Qılıncoynatma Konfederasiyasının Polşanın Toruny şəhərində keçirilmiş konqresində Azərbaycab Qılıncoynatma Federasiyası (AQF) rəsmisi – vitse-prezident kimi iştirak edən Yaşar Məmmədov olub.

Hazırda AQF-nin prezidenti Mikayıl Cabbarovun müşaviri (məsləhətçi) vəzifəsində çalışan Yaşar Məmmədov bu məsələyə Oxu.Az vasitəsilə aydınlıq gətirdi:

“Əvvəla, onu bildirim ki, bu məsələni ictimailəşdirən Ermənistan millisinin baş məşqçisi olub. Deyib ki, guya Azərbaycanla Türkiyə Ermənistanın xeyrinə səs verib. O bunu Ermənistanla qonşu ölkələr arasında münasibətlərin pis olmamasını göstərmək üçün edib. Əslində isə yalan danışır. Həmin vaxt mən, ümumiyyətlə, səsvermədə iştirak etməmişəm.

Belə xatırlayıram ki, onda bu Avropa çempionatını keçirməyə yeganə namizəd Yerevan idi. Belə olan halda isə səsvermə keçirilmir. Həmin konqresdə turniri keçirməyə başqa namizədlər olmadığından, Avropa birinciliyinin Yerevanda keçirilməsinə qərar verildi. Onun dediyi kimi, Ermənistanla bərabər digər namizəd İsrail olmayıb. Hər halda belə olsaydı, mən İsrailin xeyrinə səs verərdim. Həm bu ölkə ilə Azərbaycan arasında xoş münasibətlər var, həm də İsraildə yəhudi dostlarım çoxdur. İstərdim ki, ora gedib onları görüm.

Sonra onun Azərbaycan və Türkiyənin Ermənistana səs verməsini bilməsi də gülüncdür. Axı, o necə bilə bilər ki, hansı federasiyalar Ermənistana səs verib?! Səsvermə anonim şəkildə keçirilir və orada hansı federasiyanın hansı namizədə səs verməsi bilinmir”.

Yaşar Məmmədov Ermənistan millisinin baş məşqçisi Alik Navasardyanın bu açıqlaması çıxdıqdan sonra Gənclər və İdman naziri Azad Rəhimovun ona zəng etdiyini, bu haqda danışdıqlarını bildirib. Məmmədov onu da bildirib ki, bu məsələ ilə bağlı sabah nazir müavini İsmayıl İsmayılovun qəbulunda olacaq. 

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri