17 
Apr
2018
23:48
93
29
4119
Virtual karabakh

Mourinyu “MY”in əsas oyunçularını qovmaq niyyətindədir

17 Apr, 2018
23:48
4119

Mourinyu “MY”in əsas oyunçularını qovmaq niyyətindədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Joze Mourinyu komandanın əsas heyətində ciddi dəyişiklik etmək qərarına gəlib.

Oxu.Az xəbər verir ki, bu barədə “Bleacher Report” məlumat yayıb.

Nəşrin informasiyasına görə, Mourinyu futbolçulardan və komandanın nəticələrindən narazıdır.  

O, hesab edir ki, cari heyət bütün potensialını tükədib və rəhbərliyin qoyduğu çətin tapşırıqların yerinə yetirilməsi üçün heyəti ciddi şəkildə yeniləmək lazımdır. Portuqaliya məşqçi əməkdaşlığı davam etdirmək istədiyi oyunçuların adlarını da açıqlayıb.

Bunlar qapıçı David Dehea, müdafiəçi Eşli Yanq, yarımmüdafiəçilər  Xuan Mata, Nemanya, Matiç, Cessi Linqard, hücumçular Aleksis Sançes və Romelu Lukakudur.

Qeyd edək ki, “MY” hazırda İngiltərə premyer-liqasında 71 xalla ikinci pillədə qərarlaşıb.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri