18 
Apr
2018
22:17
99
44
2940
Virtual karabakh

“Qəbələ” və “Keşlə” finalda

18 Apr, 2018
22:17
2940

“Qəbələ” və “Keşlə” finalda

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qəbələ” və “Keşlə” klubları Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb.

Oxu.Az xəbər verir ki, yarımfinal mərhələsinin ilk matçında evdə “Neftçi”yə 1:2 hesabı ilə məğlub olan  “Qəbələ” səfərdə dönüş edərək qələbəni təmin edib.

“Bakcell Arena”da baş tutan qarşılaşmada hesabı “Neftçi” açıb. Oyunun 10-cu dəqiqəsində Soni Mustivar fərqlənib. Bunun müqabilində "Qəbələ"nin bombardiri Baqali Dabo 20 və 30-cu dəqiqələrdə komandasını hesabda önə çıxarıb.

Görüşdə son qolu isə əyalət təmsilçisinin kapitanı Cavid Hüseynov vurub. O, 63-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Beləliklə, finalda  “Qəbələ” ilə “Keşlə” klubları üz-üzə gələcək.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri