20 
Apr
2018
15:25
31
155
4802
Virtual karabakh

“Formula-1”-də yaralananlar üçün iki xəstəxana ayrıldı

20 Apr, 2018
15:25
4802

“Formula-1”-də yaralananlar üçün iki xəstəxana ayrıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səhiyyə naziri Oqtay Şirəliyev 27-29 apreldə “Formula-1” Azərbaycan Qran Prisində tədbirin iştirakçılarına və qonaqlara tibbi yardımı təmin etmək məqsədilə əmr imzalayıb.

Nazirlikdən Oxu.Az-a bildirilib ki, əmrə əsasən, ehtiyac olduğu halda, idmançıların və qonaqların hospitalizasiyası Mərkəzi Neftçilər Xəstəxanasında və Bakı şəhər Kliniki Tibbi Mərkəzdə təşkil ediləcək.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə nümayəndə heyətləri üçün ayrılmış mehmanxanalarda və iaşə müəssisələrində sanitariya-gigiyena qaydalarına əməl olunması ciddi nəzarət etmək tapşırılıb.

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri