20 
Apr
2018
18:07
165
28
3919
Virtual karabakh

“Arsenal”da Venqer erası başa çatdı – RƏSMİ

20 Apr, 2018
18:07
3919

“Arsenal”da Venqer erası başa çatdı – RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Arsenal”ın baş məşqçisi Arsen Venqer istefa verəcəyi tarixi açıqlayıb.

Oxu.Az xəbər verir ki, fransız məşqçi London klubunun rəsmi saytına açıqlamasında bu barədə danışıb:

“Klubla müzakirələrdən sonra, hesab edirəm ki, mövsümün sonunda istefa verməyim düzgün addım olar. Burda unudulmaz anlar keçirdim. Komandanı tam məsuliyyətim və düzgünlüyümlə idarə etdim. Məşqçilər heyətinə, oyunçulara, klub direktorlarına və azarkeşlərə təşəkkür etmək istəyirəm.

Azarkeşlərimizi komandanın arxasında durmağa çağırıram. Sevgim və dəstəyim həmişə bu klub üzərində olacaq”.

Qeyd edək ki, Arsen Venqer “topçular”ı 22 ildir ki çalışdırır. O, 1996-cı ildə bu komandanın sükanı arxasına keçib.

Səbuhi TOFİQOĞLU 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri