21 
Apr
2018
01:31
122
262
4208
Virtual karabakh

İsveç millisi İbrahimoviçdən imtina etdi

21 Apr, 2018
01:31
4208

İsveç millisi İbrahimoviçdən imtina etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsveçin futbol üzrə milli komandasının baş məşqçisi Yanne Andersson hücumçu Zlatan İbrahimoviçin yığmaya geri qayıtdığı və dünya çempionatında iştirak edəcəyi ilə bağlı xəbərləri təkzib edib.

Oxu.Az xəbər verir ki, bu barədə “Sportskeeda” məlumat yayıb.

“Zlatan və yığmanın bir neçə başqa futbolçusu  Fransada keçirilən Avropa Çempionatından sonra milli yığmada çıxış etmək istəmədiklərini bildirmişdilər. Mən onların bu qərarına hörmətlə yanaşıram. 

KİV-də yayılan şayiələrin və ya Zlatanın dediklərinin mənimlə heç bir əlaqəsi yoxdur. Bizim aramızda razılıq olub, o, fikrini açıq-aydın şəkildə ifadə edib. Məndə onunla razılaşmışam”, - deyə Anderson bildirib.

Xatırladaq ki, bundan əvvəl, aprelin 15-də İbrahimoviç Rusiyanın yayda ev sahibliyi edəcəyi mundialda iştirak etmə ehtimallarının çox yüksək olduğunu bildirmişdi.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri