16 
May
2018
16:57
268
37
7073
Virtual karabakh

Rafael Ağayev “Yuventus”dan təklif gözləyir

16 May, 2018
16:57
7073

Rafael Ağayev “Yuventus”dan təklif gözləyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Öz rekordumu qırdım. Çalışacağam ki, altıncı dəfə dünya çempionu olum. Hələ canısuluyam. Hələ karyeramı bitirməyi düşünmürəm. Olimpiadaya da iştirak üçün yox, qızıl medal qazanmaq üçün gedirəm.

Oxu.Az-ın xəbərinə görə, bu barədə karate üzrə beşqat dünya və onbirqat Avropa çempionumuz Rafael Ağayev Avropa çempionu olmasından danışarkən deyib.

Yarış günü Avropa çempionatına yollandıqlarını bildirən Ağayev bunun döyüşlərdə öz əksini tapdığını bildirib:

“Təbii ki, Serbiyaya yarış günü yollanmağımız bizə pis təsir etdi. Bu, yorğunluğa səbəb oldu. Finala kimi döyüşlərim çətin alındı. Finaldan sonra dincəlmək imkanım oldu. Bu da finala daha yaxşı çıxmağıma səbəb oldu”.

Rafael Ağayev İtaliyanın “Yuventus” klubundan təklif gözlədiyini qeyd edib:

“1994-cü ildən “Yuventus”a azarkeşlik edirəm. Mənə Moskvadakı tanışım vasitəsilə  “Yuventus” xəbər göndərmişdi ki, gəl, “Real”la Çempionlar Liqasının finalından öncə klubumuzun akademiyasına baş çək. Karateçi əlcəyimi və ya kimanomu “Yuventus” azarkeşi kimi klubun muzeyindən asacaqdılar. Onda yarışlarım çox olduğundan, gedə bilməmişdim. Yenə də ümidimi üzmürəm. İndi belə təklif olsa, gedərəm”.

Rafael Ağayev bir neçə il əvvəl Bakıda “İnter Arena”da açılmış “Yuventus” akademiyasından da danışıb: “Ora baş çəkmişdim, italiyalı müəllimlərlə də tanış olmuşdum. Qardaşım oğlu Mahiri bir həftə müddətində özümlə ora aparıb-gətirdim, məşqlərdə iştirak etdi. Məşqlərdən həzz aldıq. Hər şey gözəl idi. Lakin akademiyanın fəaliyyəti çox davam etmədi. İnanıram ki, yenidən bərpa olunar”.

Səbuhi TOFİQOĞLU 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri