17 
May
2018
00:39
113
236
4481
Virtual karabakh

UEFA Bakı finalının biletini Rövnəq Abdullayevə təqdim etdi

17 May, 2018
00:39
4481

UEFA Bakı finalının biletini Rövnəq Abdullayevə təqdim etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın Lion şəhərində, “Stade de Lyon” stadionunda “Marsel” (Fransa) – “Atletiko” (İspaniya) komandaları arasında keçiriliən UEFA Avropa Liqası turnirinin 2017/2018-ci il mövsümünün final oyunundan öncə arenada UEFA-nın prezidenti Aleksander Çeferin AFFA prezidenti Rövnəq Abdullayevlə görüşüb.

Oxu.Az xəbər verir ki, UEFA Avropa Liqasının 2019-cu ildə Bakı Olimpiya Stadionunda təşkil olunacaq final oyununun ilk simvolik bileti AFFA prezidentinə təqdim edilib.

Təqdimatda UEFA-nın baş katibi Teodor Teodoridis və AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edib.

Xatırladaq ki, UEFA Avropa Liqasının 2018/2019-cu il mövsümünün final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi barədə qərar UEFA İcraiyyə Komitəsinin 2017-ci il sentyabrın 20-də keçirilmiş iclasında qəbul olunub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri