17 
May
2018
14:42
93
48
8435
Virtual karabakh

Taleh Orucov vəzifəsini itirdi

17 May, 2018
14:42
8435

Taleh Orucov vəzifəsini itirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümumdünya Kapoeyra Federasiyasının (WCF) azərbaycanlı prezidenti Taleh Orucov vəzifəsindən azad olunub.

Oxu.Az-ın xəbərinə görə, bu ay Bakıda keçirilmiş kapoeyra üzrə dünya çempionatında DKF-nin prezidenti kimi braziliyalı Paulo Sales Neto (kapoeyrada usta Paulao Seara kimi tanınır – S.T.) təqdim olunub.

Belə ki, 2016-cı ilin oktyabrın 3-də Estoniyada keçirilən WCF-yə prezident seçkilərində namizədliyi həmin qurumun fəxri üzvü, Gənclər və İdman naziri Azad Rəhimov tərəfindən irəli sürülmüş Taleh Orucov qalib olmuşdu.

Bundan sonra WCF-nin qərargahı Braziliyadan Azərbaycana köçürülmüşdü. Ötən ilin yanvarında isə təmtəraqlı şəkildə nazirlikdən Fərid Mansurovun da iştirakı ilə tədbir keçirilmiş, Taleh Orucov beynəlxalq federasiyaya rəhbərlik edən ilk azərbaycanlı prezident kimi təqdim olunmuşdu. Orucovun həmin usta Paulao Seara ilə kapoeyra rəqsi də tədbir iştirakçılarının yaddaşından silinməyib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova saytımıza açıqlamasında onun WCF-dən çıxarıldığını təsdiqləyib:

“Bəli, o, vəzifəsindən çıxarılıb. Lakin onun hansı səbəbdən çıxarıldığı bilinmir. Ümumiyyətlə, onunla əlaqə saxlamaq mümkün deyil”.

Milli Olimpiya Komitəsinin baş katibi, millət vəkili Ağacan Abiyev isə Azərbaycan Kapoeyra Federasiyasından (AKF) heç kimlə əlaqəsinin olmadığını bildirib. Taleh Orucovun özü ilə əlaqə saxlamaq isə mümkün deyil. Ümumiyyətlə, onun adı nə WCF, nə də AKF-nin saytında rəhbər şəxslər sırasında görünür.

Əldə etdiyimiz son məlumata görə, yerli federasiyaya Nahid Ağazadə rəhbərlik edir, T.Orucov isə Türkiyədədir.

Qeyd edək ki, kapoeyra döyüş sənəti Azərbaycana ilk dəfə 1997-ci ildə məhz ixtisasca hüquqşünas olan T.Orucov tərəfindən gətirilib. 2000-ci ildə isə Bakıda AKF Orucovun rəhbərliyi altında vahid mərkəz kimi formalaşıb.

2007-ci ilin sonunda AKF təsis edilib və dövlət qeydiyyatına alınıb. Bu qurumun ilk prezidenti Taleh Orucov olub. 2011-ci ildən AKF WCF-nin üzvüdür. Məhz dünya çempionatının bu ay Bakıda keçirilməsi onun təşəbbüsü ilə baş tutub.

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri