19 
May
2018
13:22
178
37
6294
Virtual karabakh

Slovakiyalı karateçinin millimizdən küsmə səbəbi bilindi

19 May, 2018
13:22
6294

Slovakiyalı karateçinin millimizdən küsmə səbəbi bilindi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2016-cı ilin sonlarında karatenin kata növü üzrə millimizə cəlb olunmuş Dorota Baltsiarovanın yığmadan ayrılmasına aydınlıq gəlib.

Oxu.Az-ın əldə etdiyi xəbərə görə, slovakiyalı legioner milliləşdirilərkən Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun faktiki olaraq rəhbəri olduğu “Qaraqaplan” klubunun üzvü imiş.

O, ötən il İslam Həmrəliyi Oyunlarında millidə çıxış etməyi üçün yığmaya cəlb olunubmuş. Yaşar Bəşirov bu haqda belə deyir:

“Mən onu milliyə gətirəndə katada olan problemimizi həll edəcəyimdən əmin idim. Lakin İslamiada öncəsi mənə deyildi ki, iranlı legioner Neda Rezai millidə çıxış edəcək. Halbuki Baltsiarova ondan daha hazırlıqlı idi. Nəticəsi də göz qabağındadır. Rezai İslamiadanın elə ilk mərhələsindəcə mübarizəni dayandırdı. Dorota da İslamiadaya götürülmədiyi üçün küsüb getdi. Mən də artıq demişəm ki, bir də millidə Rezai çıxış etməyəcək”.

Dorota Balciarová adlı şəxsin şəkli.Dorota Balciarová adlı şəxsin şəkli.

Onu da bildirək ki, əslən azərbaycanlı olan Neda Rezai Mərkəzi Karate Məktəbinin üzvü olub. Əldə etdiyimiz məlumata görə, bu məktəbin rəhbəri Karate-do Federasiyası Assosiasiyasının prezidenti, millət vəkili Ülvi Quliyevdir.

Məhz Ülvi Quliyev öz idmançısının həmin yarışda iştirak edərək, qalib olmasını istəyib. Baxmayaraq ki, 2016-cı ilin 26-27 noyabrında keçirilmiş Azərbaycan çempionatının qalibi Dorota Baltsiarova olub. Neda Rezai isə II yeri tutub.

Qeyd edək ki, Dorota Baltsiarova bu ay Serbiyanın Novi Sad şəhərində keçirilmiş Avropa çempionatında Slovakiyaya bürünc medal qazandırıb.

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri