19 
May
2018
20:27
283
38
6683
yuxarı
Buffon “Yuventus”da sonuncu dəfə meydana çıxdı – FOTO + VİDEO
19 May, 2018
20:27
6683
283
38
Buffon “Yuventus”da sonuncu dəfə meydana çıxdı – FOTO + VİDEO
“Yuventus” futbol üzrə İtaliya A Seriyasının 38-ci turunda “Verona” üzərində qələbə qazanıb.
Oxu.Az-ın məlumatına görə, turnir “Alyans” stadionunda keçirilən görüş 2:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.
“Qoca Sinyora”nın heyətində Daniele Ruqani və Miralem Pyaniç, “Verona”da isə Alessio Çerçi fərqlənib.
Əfsanəvi qapıçı Canluici Buffon “Yuventus”un heyətində son matçını keçirib. 40 yaşlı futbolçu 64 dəqiqə meydanda olub və Karlo Pinsolyo ilə əvəzlənib. Azarkeşlər Buffonu ayaqüstə sürəkli alqışlarla yola salıblar.
Canluici Buffon “Yuventus”a 2001-ci ildə “Parm”dan gəlib. O, qapıçı olaraq klubla 17 mövsüm oynayıb, onlarla 11 çempionluq titulunu qazanıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək