20 
May
2018
22:08
63
149
3522
Virtual karabakh

“Sumqayıt”ın baş məşqçisi istefa verdi

20 May, 2018
22:08
3522

“Sumqayıt”ın baş məşqçisi istefa verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sumqayıt”ın baş məşqçisi Samir Abbasov istefa verib. 

Oxu.Az-ın xəbərinə görə, Premyer Liqanın son turunda doğma meydanda “Zirə” ilə qarşılaşan “kimyaçılar” 1:2 hesabı ilə məğlub olublar.

Bu nəticə ilə komanda mövsümü V pillədə başa vurub. Avrokubok şansını itirən komandanın çalışdırıcısı isə mətbuat konfransında istefa verdiyini bildirib.

O buna səbəb kimi klub rəhbərliyinin şərtlərini yerinə yetirməməsini göstərib.

Qeyd edək ki, Samir Abbasov 2015-ci ildən "Sumqayıt"da işləyirdi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri