21 
May
2018
10:29
238
80
3273
Virtual karabakh

Messiyə beşinci dəfə “Qızıl Buts” veriləcək

21 May, 2018
10:29
3273

Messiyə beşinci dəfə “Qızıl Buts” veriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi 2017/2018 mövsümünün yekununda “Qızıl Buts” mükafatının sahibi olub.

Oxu.Az xəbər verir ki, argentinalı hücumçu başa çatan La Liqada 36 oyuna 34 qol vurub. 

Bununla da 68 xal yığan Messi “Liverpul”un forvardı Məhəmməd Salahı (Premyer Liqada 36 oyuna 32 qol) üstələyib. O, bu göstəricidə Kriştianu Ronaldu, Edinson Kavani, Robert Levandovski və Hari Keyn kimi futbolçuları da qabaqlayıb.

Daha əvvəl o, 2010, 2012, 2013 və 2017-ci illərdə də Avropa ölkələrinin çempionatlarında ən yaxşı bombardiri olub.

Qeyd edək ki, “Qızıl Buts” reytinqində oyunçunun vurduğu qolların cəmi çempionatın müvafiq əmsalına vurulur. “Böyük 5-lik” çempionatlarında hər qol iki xalla qiymətləndirilir.

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri