23 
May
2018
18:24
163
68
3718
Virtual karabakh

Əfran İsmayılov: Türkiyə Superliqasında oynaya bilərəm

23 May, 2018
18:24
3718

Əfran İsmayılov: Türkiyə Superliqasında oynaya bilərəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”dan ayrılmış və hazırda klubsuz olan Əfran İsmayılov karyerasını Türkiyədə davam etdirə bilər.

Bu barədə Oxu.Az-a futbolçu verdiyi müsahibəsində bildirib:

“Qarabağ”dan ayrıldığımı bildikdən sonra Azərbaycan klublarından bəziləri mənimlə əlaqə saxlayıb. Onlara on gün səbir etməyi məsləhət bilmişəm. Menecerim hazırda Türkiyə Superliqasının iki klubu ilə danışıqlar aparır. Türkiyənin I divizionundan da bir kluba keçə bilərdim.

Lakin həmin komanda pley-offda Superliqaya çıxmaq şansını itirdi. Mən də çalışıram ki, götür-qoy edim. Çünki Türkiyəyə tək getməyəcəyəm, ailəmi aparmalıyam, uşaqların təhsil məsələsini düşünməliyəm. Ona görə də hərtərəfli düşünüb, qərar verəcəyəm”.

Qeyd edək ki, Əfran İsmayılovun geniş müsahibəsi ilə yaxın günlərdə tanış olmaq imkanı əldə edəcəksiniz.

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri