25 
May
2018
13:31
77
123
2339
Virtual karabakh

Deputat: İdmançılara ayrılan vəsaitlərdə böyük fərqlər olmamalıdır

25 May, 2018
13:31
2339

Deputat: İdmançılara ayrılan vəsaitlərdə böyük fərqlər olmamalıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əgər idmançıda dopinq aşkarlanırsa, bu, dövlətin imicinə zərbə vurur. Bəzən xaricdən məşqçilər dəvət olunur, ölkəmizdə idmançıları hazırlaşdırırlar. Onların müqaviləsinin müddəti bitdikdən sonra hazırlaşdırdıqları idmançılarda dopinq aşkarlanır. Burada məsuliyyəti kim daşıyır? Buna aydınlıq gətirilməlidir.

Oxu.Az məlumat verir ki, bunu Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Gənclər və idman komitəsinin  mayın 25-də keçirilən birgə iclasında deputat Adil Əliyev deyib.

Millət vəkili bildirib ki, Azərbaycan Milli Antidopinq Agentliyi fəaliyyət göstərir, idmançılar da həmin qurumla məsləhətləşməlidirlər.

Onun sözlərinə görə, ölkədə 85 federasiya dövlət büdcəsindən maliyyə alır, amma həmin federasiyaların maliyyə vəziyyəti idmançılar üçün nəzərdə tutulan həbi almağa imkan vermir:

“Ona görə də olimpiya idman növlərində yarışan idmançılarla qeyri-olimpiya növlərində yarışanlar arasında fərq qoyulmamalıdır. Bütün idmançılara eyni münasibət olmalıdır. Onlar üçün ayrılan vəsaitlərdə böyük fərqlər olmamalıdır”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri