25 
May
2018
19:01
258
60
7040
Virtual karabakh

Yürqen Klop: Bizim “Real”a qarşı öz planlarımız var

25 May, 2018
19:01
7040

Yürqen Klop: Bizim “Real”a qarşı öz planlarımız var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Ukraynanın paytaxtı Kiyevdə UEFA Çempionlar Liqasının finalı baş tutacaq.

Oxu.Az-ın Kiyevə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, oyundan əvvəl hər iki komandanın baş məşqçiləri və oyunçularının iştirakı ilə mətbuat konfransı keçirilib.

Əvvəlcə konfrans zalına “Liverpul”un baş məşqçisi Yürqen Klop, oyunçulardan kapitan Cordan Henderson və mərkəz müdafiəçisi Vircil van Deyk çıxıb.

Cordan Henderson bu mükəmməl matçın bir hissəsi olduğu üçün fəxr etdiyini bildirib:

"Mən bu matçda iştirak etdiyim üçün, belə bir komandanın tərkib hissəsi olduğum üçün fəxr edirəm. Qarşı tərəfdə futbol fəlsəfəsi güclü olan Zinəddin Zidan kimi məşqçi var. Amma biz də həmin taktikadan xəbərdarıq. Ümid edirəm ki, biz qalib gələcəyik".

Vircil van Deyk isə bu oyun üçün əlavə motivasiyaya ehtiyac olmadığını qeyd edib:

“Bu elə bir matçdır ki, burda əlavə motivasiyaya ehtiyac yoxdur. Düşünürəm ki, hamı belə bir qarşılaşmanın məsuliyyətini anlayır və dərk edir. "Liverpul" mənim komandam, “Enfild Road” isə mənim evimdir. “Liverpul” Avropanın ən güclüsü olmağa layiq komandadır. Biz bunu sabah meydançada sübut etməliyik".

Oyunçular məşqə yola salındıqdan sonra isə Yürqen Klop sualları cavablandırıb. Alman məşqçi “Real”dan heç də zəif olmadıqlarını bildirib:

“Mən belə bir oyunçularımın olması ilə fəxr edirəm. Biz burda olmağa layiqik. Zidanın taktiki bilikləri çox yüksəkdir. Amma bizim də texniki biliklərimiz az deyil. Biz sabahkı oyuna hazırıq. Hamı deyir ki, "Real" çox güclüdür. Ancaq biz də “Liverpul”uq. Onlar bizimlə heç vaxt oynamayıblar. Bizim “Real”a qarşı öz planlarımız var. Hər iki komandanın qalib gəlmə şansları 50/50-dir".

İtalyan xanım jurnalist məşqçidən müsəlman əqidəli futbolçu Məhəmməd Salahın sabah oruclu halda meydana çıxıb-çıxmaması haqda sual verib. Klopun cavaı isə belə olub:

“Salahın dini əqidəsinə qarışa bilmərəm. Bu hər bir oyunçunun şəxsi işidir. Amma hamı kimi o da sabahkı matçın mahiyyətini dərk edir. Ona görə də Salah öz gücünü sabahkı oyuna saxlayıb. Siz bunu məşqdə də görə bilərsiniz. Onun oynamaq üçün kifayət qədər gücü var.

Məni məşqçi kimi Salahın Messi və Ronaldu ilə müqayisə olunması narahat etmir. Onların hər iki yüksək səviyyəli oyunçulardır. Əgər Məhəmməd bu səviyyəyə çatıbsa, əla olar. O, mükəmməl mövsüm keçirib, onu qarşıda daha bir vacib görş gözləyir. Növbəti il onun bu rəqabətə nə dərəcədə hazır olduğunu göstərəcək”.

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri