25 
May
2018
21:48
157
29
4921
Virtual karabakh

Zidan: “Real” “Liverpul”la görüşün favoriti deyil

25 May, 2018
21:48
4921

Zidan: “Real” “Liverpul”la görüşün favoriti deyil

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Madridin “Real” klubunun baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının final görüşündən öncə KİV nümayəndələrinin suallarını cavablayıb.

Oxu.Az-ın Kiyevə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Zidan komandasını favorit görənlərlə razılaşmadığını və şansların bərabər olduğunu diqqətə çatdırıb:

“Finala çıxmaq asan olmadı. Yenə Çempionlar Liqasının həlledici görüşündə oynayacağımız üçün hədsiz sevinc içindəyik. Ronaldu? O belə matçlar üçün, belə görüşlərdə iştirak etmək üçün yaşayır. Kriştianu tamamilə sağlamdır və oynamağa hazırdır.

Hesab etmirəm ki, "Real" bu görüşün favoritidir. “Liverpul” kimi şanslarımız 50/50-dir. Finalda konkret favorit olmur, şanslar bərabərdir.

Yürqen Klopla müqayisə olunmağım? Mən oyunçu kimi daha yaxşı olmuşam. Məşqçi kimi isə... Bütün məşqçilər fərqlidir, Klopa çox hörmətim var”.

Qeyd edək ki, “Liverpul” – “Real” görüşü sabah Bakı vaxtı ilə saat 22:45-də keçiriləcək.

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri