25 
May
2018
22:34
160
53
2857
Virtual karabakh

Serxio Ramos: Şadam ki, bizi İsveçrə saatı ilə müqayisə edirlər

25 May, 2018
22:34
2857

Serxio Ramos: Şadam ki, bizi İsveçrə saatı ilə müqayisə edirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Çempionlar Liqasının finalından öncə Madridin “Real” klubunun oyunçuları mətbuat önünə çıxıb.

Oxu.Az-ın Kiyevə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, mətbuat konfransında komandanın kapitanı Serxio Ramosla braziliyalı müdafiəçisi Marselo iştirak edib.

Hər iki futbolçunun fikirlərini təqdim edirik:

Serxio Ramos:

“Çox şadam ki, bizi artıq İsveçrə saatı ilə müqayisə etməyə başlayıblar. Deməli, hər şeyi düzgün edirik. Sabahkı matçda rəqibin hücum cəhdlərini məhdudlaşdırmağa çalışacağıq. “Liverpul”un şanslarını minimum edib, hücumda öz gücümüzü artırmalıyıq. Əvvəlki illərdə belə etmişik, ümid edirəm ki, bu dəfə də belə edib istəyimizə çatacağıq".

Marselo: “Hər iki komanda çox aqressivdir, hücum etməyi sevir. Hər şey oyunun necə başlanmasından asılı olacaq. Fikrimcə, böyük matç və azarkeşlər üçün gözəl şou olacaq. Bizim ambisiyalarımız yüksəkdir. Klubumuzun böyük tarixi var. Bu tarixi əldə əsas tutub biz qalib gəlməyə məhkumuq. Mən şadam ki, belə bir komandam, komanda yoldaşlarım var.

Ümid edirəm ki, məşqçim, klubdakı və millidəki komanda yoldaşlarım da məndən çox razıdır. “Liverpul” çox gözəl klubdur. Biz onların 1-2 futbolçusu haqda yox, bütün komanda haqqında düşünməliyik. Hər iki komanda finalda oynamağa layiqdir. "Liverpul" həmişə yüksək səviyyədə oyun nümayiş etdirir, ona görə də bizə heç də asan olmayacaq”.

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri