11 
İyn
2018
20:57
177
52
3151
Virtual karabakh

Əfran İsmayılov “Sumqayıt”da – FOTO

11 İyn, 2018
20:57
3151

Əfran İsmayılov “Sumqayıt”da – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dörd futbolçu ilə müqavilə yeniləyən “Sumqayıt” FK 2018/2019 mövsümü üçün transfer çalışmalarını davam etdirir.

Oxu.Az xəbər verir ki, komanda ötən mövsümü “Qarabağ”da keçirmiş Əfran İsmayılovla bir illik müqavilə imzalayıb.

Əfran bu komandada 22 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Əfran İsmayılov “Qarabağ”dan (163 oyun, 22 qol) başqa, “Turan” (10 oyun, 2 qol), “Bakı” (17 oyun, 8 qol), “Xəzər Lənkəran” (11 oyun, 1 qol) və “İnter”in (10 oyun, 3 qol) formasını geyinib. 2010-cu ildə milli komandada debüt oyununu keçirən futbolçu 38 qarşılaşmada 5 qola imza atıb.

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri