13 
İyn
2018
18:45
87
16
3962
Virtual karabakh

DÇ-2018: E qrupu – DOSYE

13 İyn, 2018
18:45
3962

DÇ-2018: E qrupu – DOSYE

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə dünya çempionatında (DÇ) E qrupunun iştirakçılarını təqdim edirik.

Oxu.Az xəbər verir ki, bu qrupda Braziliya, İsveçrə, Kosta Rika və Serbiya mübarizə aparacaq.

Braziliya

Bütün dünya çempionatlarının iştirakçısı olan sambaçılar hər turnirdə olduğu kimi favorit sayılırlar. Komandanın elə bir mövqeyi yoxdur ki, orda təcrübəli futbolçu oynamasın. Braziliyada keçirilən ötən DÇ-də fiaskoya uğrayan, öz azarkeşlərinin gözü önündə Almaniyaya 1:7 hesabı ilə darmadağın olan və ən sonunda mükafatsız qalan cənubi amerikalılar bu yarışa özlərinin bağışlanması kimi gəliblər. Neymarın lideri olduğu komandada İngiltərə, İspaniya, Fransa, İtaliya çempionları var. Komanda mart və iyunda keçirdiyi dörd yoxlama oyununda qapısından top buraxmayıb. Bu oyunlarda Berlində Almaniya üzərində 1:0 hesablı qələbə də var.

Qapıçılar: Alison (“Roma”, İtaliya), Kasio (“Korintians”), Ederson (“Mançester Siti”, İngiltərə);

Müdafiəçilər: Danilo (“Mançester Siti”, İngiltərə), Pedro Jeromel (“Qremio”), Filipe Luis (“Atletiko”, İspaniya), Marselo (“Real”, İspaniya), Markinyos, Tiaqo Silva (hər ikisi PSJ, Fransa), Miranda (“İnter”, İtaliya), Faqner (“Korintians”);

Yarımmüdafiəçilər: Kazemiro (“Real”, İspaniya), Fernandinyo (“Mançester Siti”, İngiltərə), Fred (“Şaxtyor”, Ukrayna), Paulinyo (“Barselona”, İspaniya), Filippe Koutinyo (“Barselona”, İspaniya), Renato Auqusto (“Beycinq Sinobo, Quoan”, Çin), Vilian (“Çelsi”, İngiltərə);

Hücumçular: Duqlas Kosta (“Yuventus”, İtaliya), Roberto Firmino (“Liverpul”, İngiltərə), Qabriel Jezus (“Mançester Siti”, İngiltərə), Neymar (PSJ, Fransa), Tayson (“Şaxtyor”, Ukrayna).

İsveçrə

11-ci dəfə mundiala qatılan İsveçrə millisi Vladimir Petkoviçin rəhbərliyi altında ilk dəfə DÇ həyəcanı yaşayacaq. Keçən tsikldə 1/8 finalda Argentina səddinə ilişən İsveçrə millisi indi ötənkinə baxanda daha təcrübəli görünür. Komanda daha çox Almaniyada oynayan futbolçulardan qurulub. İsveçrə qrup ikincisi olmaq üçün Serbiya ilə amansız mübarizədə olacaq.

Qapıçılar: Roman Bürki (“Borusiya” D, Almaniya), İvon Mvoqo (“Leypsiq”, Almaniya), Yan Zomer (“Borusiya” M, Almaniya); 

Müdafiəçilər: Manuel Akanci (“Borusiya” D, Almaniya), Yoan Curu (“Antalyaspor”, Türkiyə), Niko Elvedi (“Borusiya”, Almaniya), Mixael Lanq (“Bazel”), Ştefan Lixtştayner (“Arsenal”, İngiltərə), Fransua Mubance (“Tuluza”, Fransa), Rikardo Rodriqes (“Milan”, İtaliya), Fabian Şer (“Deportivo”, İspaniya);

Yarımmüdafiəçilər: Valon Behrami (“Udineze”, İtaliya), Blerim Cemaili (“Bolonya”, İtaliya), Jelson Fernandeş (“Ayntraxt”, Almaniya), Remo Froyler (“Atalanta”, İtaliya), Cerdan Şakiri (“Stok Siti”, İngiltərə) , Qranit Caka (“Arsenal”, İngiltərə), Stiven Suber (“Hofenhaym”, Almaniya), Denis Zakariya (“Borusiya” M, Almaniya); 

Hücumçular: Yosip Drmiç (“Borusiya” M, Almaniya), Brel Embolo (“Şalke”, Almaniya), Mario Qavranoviç (“Dinamo”, Xorvatiya), Haris Seferoviç (“Benfika”, Portuqaliya).

Kosta Rika

Bu komanda da ötən tsiklin yadda qalan komandalarındandır. Daha çox qapıçısı Keylor Navasın mükəmməl qurtarışları ilə yadda qalan Kosta Rika millisi ötən tsiklin qrupunda autsayder kimi görünürdü. Ancaq Mərkəzi Amerika təmsilçisi İtaliya, İngiltərə, Uruqvay kimi millilərin yer aldığı qrupdan heç kimin gözləmədiyi halda qrup lideri kimi çıxdı. Onlar Uruqvay və İtaliya millilərinə qalib gəlib, son turda ingilislərlə heç-heçə etdilər. 1/8 finalda yunanları penaltilərlə uzaqlaşdıran Kosta Rika 1/4 finala çıxmaqla ən yüksək nəticəsinə imza atdı. Yalnız onların qarşısını Hollandiya kəsdi. Bununla belə bu komanda yenə qrupdan çıxmağa potensial namizəd kimi görünmür. Brayan Ruisin lideri olduğu komanda yoxlama oyunlarında mundial iştirakçılarına uduzması ilə yadda qalıb.

Qapıçılar: Keylor Navas (“Real”, İspaniya), Parik Pemberton (“Alaxuelense”), Leonel Moreyro (“Erediano”);

Müdafiəçilər: Kristian Qamboa (“Seltik”, Şotlandiya), Yan Smit (“Norçöpinq”, İsveç), Ronald Matarita (“Nyu York Siti”, ABŞ), Brayan Ovyedo (“Sanderlend”, İngiltərə), Oskar Duarte (“Espanyol”, İspaniya), Cankarlo Qonsales (“Bolonya”, İtaliya), Fransisko Kalvo (“Minesota Yunayted”, ABŞ), Kendal Uoston (“Vankuver Uaytkaps”, Kanada), Coni Akosta (“Rioneqro Aqilas”, Kolumbiya);

Yarımmüdafiəçilər: David Qusman (“Portlənd Timberz”, ABŞ), Yeltsin Texeda (“Lozana”, İsveçrə), Selso Borxes (“Deportivo”, İspaniya), Rendal Asofeyfa (“Erediano”), Rodni Uoles (“Nyu York Siti”, ABŞ), Kristian Bolanyos, Xoan Vaneqas (hər ikisi “Saprisa”);

Hücumçular: Brayan Ruis (“Sportinq”, Portuqaliya), Daniel Kolindres (“Saprisa”), Xoel Kempbel (“Betis”, İspaniya), Markos Urenya (“Los Anceles”, ABŞ).

Serbiya

Bu dörd komanda arasında son FİFA reytinqinə görə sonuncu olan (34-cüdürlər – S.T.) Serbiya bununla belə qrupdan çıxmağa daha real namizəd kimi görünürlər. Cəmi üç hücumçu ilə mübarizəyə qoşulan Seviya millisinin əsas qüvvəsi yarımmüdafiə xəttindədir. Bununla belə, vaxtı ilə “Neftçi”nin sabiq qapıçısı Saşa Stemankoviçlə davaları ilə yadda qalmış Aleksandar Mitroviç amilini unutmamalıyıq. Bu hücumçu hər nə qədər davakar olsa da, qol vurmaq duyumu yüksəkdir. Təsadüfi deyil ki, Mitroviç Nigeriya ilə matçda (2:0) dubl, Boliviya ilə görüşdə (5:1) isə het-trikə imza atıb. 

Qapıçılar: Vladimir Stoykoviç (“Partizan”), Predraq Raykoviç (“Makkabi” Təl Əviv, İsrail), Marko Dmitroviç (“Eybar”, İspaniya);

Müdafiəçilər: Aleksandar Kolarov (“Roma”, İtaliya), Antonio Rukavina (“Vilyareal”, İspaniya), Milan Rodiç (“Srvena Zvezda”), Branislav İvanoviç (“Zenit”, Rusiya), Uroş Spayiç (“Anderlext”, Belçika), Miloş Velkoviç (“Verder”, Almaniya), Duşko Toşiç (“Quançjou Fuli”, Çin), Nikola Milenkoviç (“Fiorentina”, İtaliya);

Yarımmüdafiəçilər: Nemanya Matiç (“Mançester Yunayted”, İngiltərə), Luka Milivoyeviç (“Kristal Pelas”, İngiltərə), Marko Qruyiç (“Kardif”, İngiltərə), Duşan Tadiç (“Sauthempton”, İngiltərə), Andriya Jivkoviç (“Benfika”, Portuqaliya), Filip Kostiç (“Hamburq”, Almaniya), Nemanya Radonyiç (“Srvena Zvezda”), Sergey Milinkoviç-Saviç (“Latsio”, İtaliya), Adam Lyayiç (“Torino”, İtaliya);

Hücumçular: Aleksandar Mitroviç (“Nyukasl”, İngiltərə), Aleksandar Priyoviç (PAOK, Yunanıstan), Luka Yoviç (“Ayntraxt”, Almaniya).

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri