14 
İyn
2018
16:25
230
79
6076
Virtual karabakh

Rusiyalı məşhur döyüşçü Bakıya gəlir – FOTO

14 İyn, 2018
16:25
6076

Rusiyalı məşhur döyüşçü Bakıya gəlir – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UFC çempionu, Rusiyanın qarışıq döyüş sənəti üzrə məşhur idmançısı Həbib Nurməhəmmədov iyunun 18-də Bakıya gələcək. 

Oxu.Az-ın xəbərinə görə, o, bu barədə “İnstagram” səhifəsində məlumat verib.

Bildirib ki, Müqəddəs Ramazan bayramından sonra Azərbaycanda olacaq: “Bakı, tezliklə mən gəlirəm”. 

Dünən məlum olub ki, səfər Gənclər və İdman Nazirliyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və  Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının dəvəti və dəstəyi ilə həyata keçirilir. 

Qeyd edək ki, Həbib Nurməhəmmədov iyunun 18-də Fəxri və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra saat 16:00-da Əl Oyunları İdman Sarayında idman ictimaiyyəti, bu idman növü ilə məşğul olan idmançılar və öz fanatları ilə görüşəcək.

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri