15 
İyn
2018
19:49
424
28
2959
Virtual karabakh

Parataekvondoçumuz Avropa çempionu olub - FOTO

15 İyn, 2018
19:49
2959

Parataekvondoçumuz Avropa çempionu olub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bolqarıstanın Plovdiv şəhərində keçirilən parataekvondo üzrə Avropa çempionatına yekun vurulub.

Oxu.Az-ın məlumatına görə, sayca yeddinci olan qitə çempionatında beş idmançı ilə təmsil olunan milli yığma komandamızın iki üzvü fəxri kürsüdə yer alıb.

Belə ki, K44 (+58) kq çəki dərəcəsində mübarizə aparan qadın taekvondoçumuz Aynur Məmmədova yarışın qızıl medalını qazanıb. Nicat Müslümov (K43 -75 kq) isə yarımfinalda məğlub olaraq, yarışı bürünc medalla başa vurub. Digər üç təmsilçimiz İmaməddin Xəlilov, Əbülfəz Abuzərli və Vüqar Abışirinov yarımfinala vəsiqə uğrunda döyüşdən məğlub ayrılıb.

Xatırladaq ki, Plovdiv şəhərinin “Kolodruma” idman sarayında baş tutacaq G4 kateqoriyalı yarışın qalibləri aktivlərinə qırx reytinq xalı əlavə etmiş olur. Böyük məşqçilər Yaşar Səfərov və Fərid Tağızadənin rəhbərliyi ilə növbəti uğura imza atan millimiz artıq qayıdıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri