15 
İyn
2018
23:54
529
67
12967
Virtual karabakh

DÇ-2018: Ronaldudan het-trik: Portuqaliya-İspaniya oyunun nəticəsi - VİDEO + YENİLƏNİB

15 İyn, 2018
23:54
12967

DÇ-2018: Ronaldudan het-trik: Portuqaliya-İspaniya oyunun nəticəsi - VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada futbol üzrə dünya çempionatı davam edir.

Oxu.Az-ın məlumatına görə, “B” qrupunda İspaniya yığması Portuqaliya ilə qarşılaşıb.

Görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, bu, dünya çempionatında qarşılıqlı qollar vurulan, bir matça altı qol atılan və heç-heçə qeydə alınan ilk matç idi.

23:45

Kriştianu Ronaldu 88-ci dəqiqədə İspaniya qapısına üçüncü qolu vurdu.

Beləliklə də, hesab bərabərləşdi: 3:3

23:16

İspaniya-Portuqaliya oyununda İspaniya 3:2 hesabı ilə öndədir.

Belə ki, Naço 58-ci dəqiqədə İspaniyanı önə keçirib.

23:12

Dieqo Koşta 55-ci dəqiqədə ikinci qolu vuraraq hesabı bərabərləşdirdi.

22:45

Kriştianu Ronaldu 44-cü dəqiqədə ikinci qolu İspaniya komandasının qapısından keçirib.

İlk hissə 2:1 Portuqaliyanın xeyrinə başa çatıb.

22:25

Portuqaliya-İspaniya oyunu davam edir.

Oxu.Az xəbər verir ki, Dieqo Koşta 24-cü dəqiqədə hesabı bərabərləşdirib.

22:20

Dünya çempionatında ilk turun oyunları davam edir. 

Oxu.Az xəbər verir ki, B qrupunun ikinci oyununda Portuqaliya və İspaniya üz-üzə gəlib.

Portuqaliya 4-cü dəqiqədə hesabı açır. Kriştianu Ronaldu penaltidən fərqlənir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri