16 
İyn
2018
17:13
616
72
16109
Virtual karabakh

Çeçenlər Salaha 100 kiloqramlıq tort hədiyyə ediblər – VİDEO

16 İyn, 2018
17:13
16109

Çeçenlər Salaha 100 kiloqramlıq tort hədiyyə ediblər – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çeçen azarkeşlər Misir yığmasının futbolçusu Məhəmməd Salaha 26 yaşı olması münasibətilə çəkisi 100 kilo olan və qızıl butsla bəzədilmiş tort hədiyyə ediblər.

Oxu.Az rus mətbuatına istinadla xəbər verir ki, Misir yığması Uruqvayla oyundan məyus halda otelə qayıdarkən maraqlı sürprizlə qarşılaşıblar.

Otelin lobbisində Misir və Çeçenistanın bayrağına bəzədilmiş tortu gördükdə futbolçuların üzü gülüb. Komanda yoldaşları Salah üçün “Happy birthday to you” mahnısını ingilis və ərəb dillərində oxuyublar.

Tədbir təşkilatçıları Salahın yalnız idmanda deyil, şəxsi keyfiyyətlərinə və xeyriyyəçilik əməllərinə görə çoxdan qızıl buts qazanmasına diqqət yetiriblər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri