21 
İyn
2018
15:59
107
18
2154
Virtual karabakh

Danimarka – Avstraliya matçına bir milyonuncu azarkeş gələcək

21 İyn, 2018
15:59
2154

Danimarka – Avstraliya matçına bir milyonuncu azarkeş gələcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya hökumətinin üzvü Olqa Qolodets bu gün Qırmızı Meydanda FIFA-nın Futbol Parkının açılış mərasimində futbol üzrə dünya çempionatının matçlarına gəlmə səviyyəsindən danışıb.

Oxu.Az xəbər verir ki, O.Qolodetsin sözlərinə görə, bu gün Samara stadionunda keçiriləcək Danimarka – Avstraliya matçına bir milyonuncu azarkeş gələcək.

Xatırladaq ki, Rusiyanın 11 şəhərinin 12 stadionunda 2018-ci ilin dünya çempionatının matçları keçirilir. Artıq bütün qruplarda I tur oynanılıb. Onların bəzilərində II tur da başa çatıb və onun yekunlarına əsasən, “pley-off” turnirinin bəzi iştirakçıları məlum olub. Məsələn, A qrupundan turnirin 1/8 finalına Rusiya və Uruqvay yığmaları çıxıblar.

Qeyd edək ki, bu gün C qrupunda Danimarka – Avstraliya matçından başqa, Fransa – Peru və D qrupunda Argentina – Xorvatiya görüşləri keçiriləcək.

S.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri