21 
İyn
2018
17:08
180
21
4574
Virtual karabakh

Türk futbolçu “Yuventus”da – VİDEO

21 İyn, 2018
17:08
4574

Türk futbolçu “Yuventus”da – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya doğumlu türk futbolçu Əmrə Can klubunu dəyişib.

Oxu.Az xəbər verir ki, İngiltərənin “Liverpul” klubundan ayrılan Can İtaliyanın Turin şəhərinə gəlib.

O, İtaliya çempionu “Yuventus”la müqavilə bağlayacaq. Artıq futbolçu bu gün tibbi baxışdan da keçib.

Qeyd edək ki, Əmrə Can zədədən yeni qayıtdığı üçün Almaniya millisi ilə dünya çempionatına aparılmayıb.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri