21 
İyn
2018
18:00
101
32
2767
Virtual karabakh

Avstraliya mundialda ilk xalını qazandı - VİDEO

21 İyn, 2018
18:00
2767

Avstraliya mundialda ilk xalını qazandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında C qrupunda II turun oyunlarına start verilib.

Oxu.Az xəbər verir ki, günün ilk matçında Danimarka və Avstraliya milliləri üz-üzə gəlib.

İlk matçda Perudan üstün olmuş danimarkalılar bu oyunda da qalib gəlsə idi, 1/8 finala vəsiqəni bir tur öncədən təmin etmiş olacaqdı. Lakin görüşdə qalib müəyyənləşməyib – 1:1.

Baxmayaraq ki, görüşdə hesabı 7-ci dəqiqədə avropalıların lideri Kristian Eriksen açıb. Lakin Fransa ilə ilk oyunda olduğu kimi, Avstraliya yenə penaltidən qol vura bilib.

VAR sistemində Yussuf Poulsenin əl ilə topla oynadığı müəyyənləşdikdən sonra Danimarka qapısına penalti təyin edilib. Mayl Yedinak 38-ci dəqiqədə hesabı bərabərləşdirən qola imza atıb. İkinci hissədə tərəflərin cəhdlərinə baxmayaraq, komandalar fərqlənə bilməyib.

Bu nəticədən sonra Danimarka xalını dördə yüksəldib. Avstraliya isə ilk xalını qazanıb. Qrupun digər görüşündə bu gün Fransa millisi Bakı vaxtı ilə saat 19:00-da Peru ilə qarşılaşacaq.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri