21 
İyn
2018
23:49
485
111
11277
Virtual karabakh

Messili Argentinanı darmadağın etdilər - VİDEO

21 İyn, 2018
23:49
11277

Messili Argentinanı darmadağın etdilər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə dünya çempionatında “D” qrupunun ikinci turunun matçı keçirilib.

Oxu.Az xəbər verir ki, Nijni Novqorod şəhərində keçirilən oyunda Messili Argentina millisi  Xorvatiya yığması ilə qarşılaşıb. Oyun 3:0 hesabı ilə Xorvatiyanın xeyrinə başa çatıb.

Gərgin mübarizə şəraitində keçən matçda hesab oyunun 53-dəqiqəsində açılıb. Rebiç qapıçının səhvini baxışlamayaraq qarşısıalınmaz zərbə ilə qol vurub.

80-ci dəqiqədə Luka Modriç top fərqini ikiyə çatdırıb. "Real" klubunun yarımmüdafiəçisi mundialda sayca ikinci qolunu vurub.

İkinci hissənin əlavə olunmuş ilk dəqiqəsində Rakitiç fərqlənərək darmadağının əsasını qoyub. İki turun nəticəsinə görə altı xal toplayan Xorvatiya artıq pley-offa vəsiqəni təmin edib.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri