22 
İyn
2018
11:44
145
22
3572
Virtual karabakh

Maradona: Növbəti heç-heçə Braziliya üçün psixoloji zərbə ola bilər

22 İyn, 2018
11:44
3572

Maradona: Növbəti heç-heçə Braziliya üçün psixoloji zərbə ola bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Argentinalı futbol əfsanəsi Dieqo Maradona Braziliya millisinin indiki durumunu şərh edib.

Oxu.Az xəbər verir ki, Maradona qonşularının dünya çempionatındakı son iki matçı barədə fikirlərini bildirib:

“Braziliya üçün yaxşı xəbər ondan ibarətdir ki, İsveçrə ilə oyunda zədə almış Neymar çərşənbə axşamından məşqlərə qoşulub. Braziliya iki ağır oyun keçirəcək. Kosta Rika kimi kiçik komandalar böyük yığmalara qarşı həmişə yaxşı oynamağa çalışır.

Titul iddiası olmayan Serbiya kimi kiçik Avropa milliləri də əks-hücumdan oynamağa maraq göstərirlər. DÇ-2014-də 1/4 finala kimi irəliləmiş Kosta Rika mundialdakı çıxışlarını davam etdirmək üçün 5-4-1 taktiki quruluşu ilə Braziliyadan azı bir xal qazanmağa ümid edəcək.

Braziliyanın müdafiəsi kifayət qədər inamlıdır. 4-2-3-1 sxemində Kazemiro və Paulinyo daha yaxşı çıxış edir. Düşünmürəm ki, Kosta Rika onlara çox təzyiq yaradacaq. Ancaq onlar ehtiyatlı olmalıdırlar. Hətta heç-heçə belə mənim cənubi amerikalı qonşularım üçün psixoloji zərbə ola bilər.

Belə olan halda Serbiyaya mütləq qalib gəlməli olacaqlar. Jezus, Koutinyo, Vilian və Neymar özlərinin A səviyyəli oyunlarını göstərməlidirlər”.

Qeyd edək ki, bir xalı olan Braziliya millisi bu gün Bakı vaxtı ilə saat 16:00-da Kosta yığması ilə qarşılaşacaq.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri