22 
İyn
2018
14:21
35
181
2845
Virtual karabakh

İngilis azarkeşlərdən nasist hərəkətlər - VİDEO

22 İyn, 2018
14:21
2845

İngilis azarkeşlərdən nasist hərəkətlər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə millisinin azarkeşləri Volqoqraddakı pablardan birində faşizmi əks etdirən mahnı oxuyublar.

Oxu.Az xəbər verir ki, mahnı oxuyarkən ingilislər nasist salamlaması veriblər, “Ziq hayl!” deyə qışqırıblar.

Bu azarkeşlər ABŞ-ın ünvanına təhqir də ünvanlayıblar. Azarkeşlərin “Çelsi” və ya “Totenhem”in fanatları olduğu ehtimal edilir. Artıq Britaniya Təhqiqat İdarəsi bu şəxslərlə bağlı araşdırmaya başlayıb.

İngiltərə Futbol Assosiasiyasının mətbuat katibliyinin verdiyi açıqlamada isə bu addım pislənilib və bunun bütün ingilis azarkeşlərə şamil edilməsinin doğru olmadığı vurğulanıb.

Qeyd edək ki, bu, İngiltərənin Tunis üzərində 2:1 qalib gəldiyi oyun vaxtı baş verib.

Həmin vaxt stadiona 2500-ə yaxın ingilis azarkeş gedib. Bu nasist addımın vaxtilə almanların almaq istədiyi keçmiş Stalinqradda baş verməsi isə təsadüfi deyil.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri