22 
İyn
2018
14:38
33
237
5045
Virtual karabakh

Argentinalı azarkeşlər məğlubiyyətin acığını xorvatlardan çıxdı - VİDEO

22 İyn, 2018
14:38
5045

Argentinalı azarkeşlər məğlubiyyətin acığını xorvatlardan çıxdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyadakı dünya çempionatının oyunu zamanı Argentina milli komandasının azarkeşləri Xorvatiya yığmasının fanatını döyüblər.

Oxu.Az xəbər verir ki, hadisə Nijni-Novqoroddakı eyniadlı stadionda iki ölkə milliləri arasında keçirilmiş görüşün sonuna bir neçə dəqiqə qalmış baş verib. 

Xorvatiyaya məğlubiyyətdən qəzəblənən beş argentinalı tribunanın altındakı keçiddə yalqız xorvatiyalıya hücum ediblər.

Xorvatlardan biri isə döyülən həmyerlisinə dəyən zərbələrin qarşısını almağa çalışıb. Sonda vəhşiləşmiş argentinalıların təpik zərbələrinin qarşısını elə argentinalı fanatlar alıb.

Qeyd edək ki, görüş Xorvatiya yığmasının qələbəsi ilə yekunlaşıb – 3:0. Bu məğlubiyyətdən sonra Argentina 1/8 finala vəsiqə şanslarını xeyli azaldıb.

S.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri