22 
İyn
2018
16:30
194
84
6478
Virtual karabakh

Xalq artisti: Görək, dünya çempionatında “Barselona” neyləyəcək?!

22 İyn, 2018
16:30
6478

Xalq artisti: Görək, dünya çempionatında “Barselona” neyləyəcək?!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın xalq artisti İlham Namiq Kamal Rusiyada keçirilən futbol üzrə dünya çempionatı ilə bağlı fikirlərini bildirib.

Oxu.Az-a açıqlama verən 69 yaşlı aktyorumuz futbol azarkeşi kimi mundialı izlədiyini bildirib:

“Dünya çempionatına baxıram. Maraqlı oyunlar keçir. Gözlənilməz oyunlar da var. Dünən özünüz gördünüz ki, Xorvatiya Argentina qarşısında nə oyun oynadı. Almaniyanın Meksikaya uduzması?.. Almanlar indi arxayınlaşıblar, sonra düzələcək”.

İlham bəy mundialda konkret hansısa komandaya azarkeşlik etmədiyini söyləyib:

“Mən yaxşı oyunlara tamaşa edirəm. Konkret azarkeşlik etdiyim komanda yoxdur. Görək, “Barselona” neyləyəcək? “Barselona” deyəndə İspaniyanı nəzərdə tuturam (gülür).

Finala kimlərin çıxacağını indidən dəqiq demək olmur. Hələ bu haqda danışmaq tezdir. Rusiya iki oyunda qalib gəlib, bilmirsən ki, sabah neyləyəcək?! Çox şeylər hələ dəyişəcək. Futbol da çox dəyişib.

Bu, bizim əvvəl gördüyümüz futbol deyil, bambaşqadır. İndi daha çox fiziki qüvvə tələb olunur, daha çox mübarizə gedir meydanda. İndiki futbolda daha çox dava olur, meydanda bir-birlərini əzirlər.

Necə ki, həyatda insanlar bir-birini öldürürsə, futbolda da oyunçular bir-birlərini əzməyə, sarsıtmağa çalışır”.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri