22 
İyn
2018
18:04
148
31
3998
Virtual karabakh

Braziliya ilk qələbəsini qazandı, Kosta Rika mundialla vidalaşdı - VİDEO

22 İyn, 2018
18:04
3998

Braziliya ilk qələbəsini qazandı, Kosta Rika mundialla vidalaşdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının E qrupunda II tura start verilib.

Oxu.Az xəbər verir ki, günün ilk matçında beşqat dünya çempionu Braziliya ötən mundialın sürpriz komandası Kosta Rika ilə qarşılaşıb.

Görüşdən Braziliya 2:0 hesablı qələbə ilə ayrılıb. İkinci hissədə Neymarın hərəkətini hollandiyalı referi Byörn Kuypers əvvəlcə penalti kimi dəyərləndirsə də, sonradan təkrara baxılıb və qərar ləğv olunub.

Braziliya isə qollarını oyuna əlavə olunmuş altı dəqiqə ərzində vurub. Əvvəlcə İsveçrə ilə matçda da fərqlənmiş Filippe Koutinyo hesabı açıb. Daha sonra Neymar bu mundialda ilk qolunu vurub.

Bu nəticə ilə Braziliya xalını dördə yüksəldib. Xalsız qalan Kosta Rikanın isə dünya çempionatını erkən tərk edəcəyi dəqiqləşib.

Qeyd edək ki, bu qrupun digər görüşündə Serbiya və İsveçrə qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri