23 
İyn
2018
09:33
491
45
3118
Virtual karabakh

Salah Çeçenistanın fəxri vətəndaşı oldu

23 İyn, 2018
09:33
3118

Salah Çeçenistanın fəxri vətəndaşı oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Misir yığmasının hücumçusu Məhəmməd Salah Çeçenistan respublikasının fəxri vətəndaşı olub. 

Oxu.Az xəbər verir ki, bununla bağlı Çeçenistan rəhbəri Ramzan Kadırov Telegram kanalında məlumat verib. 

Onun sözlərinə görə, sərəncam ötən gecə imzalanıb. 

“Misir yığmasının şərəfinə təşkil etdiyim təntənəli ziyafətdə Məhəmməd Salaha sərəncamın nüsxəsini və döş nişanını təqdim etdim. O, buna layiqdir”, - Çeçenistan lideri deyib. 

Kadırov ümid edərək bildirib ki, Çeçenistanın “Axmad” klubu və Misir yığması Qroznıda yoldaşlıq oyunu keçirəcək. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri