12 
İyl
2018
18:23
95
42
4668
Virtual karabakh

Klublarımızın avrokubok oyunlarına necə baxaq?

12 İyl, 2018
18:23
4668

Klublarımızın avrokubok oyunlarına necə baxaq?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.

Oxu.Az xəbər verir ki, bizim üç klubumuz da avrokuboklarda ilk matçlarına çıxacaq.

Bəs həmin oyunlara necə baxa biləcəyik? İlk əvvəl onu qeyd edək ki, “Keşlə”nin Maltada “Balzan” komandası ilə keçirəcəyi oyun TV vasitəsilə göstərilməyəcək. Lakin Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüşü Avstriyanın internet televiziyası olan laola1.tv göstərəcək.

Eyni vaxtda başlayacaq “Qəbələ” – “Proqres” (Lüksemburq) görüşü “İdman Azərbaycan” telekanalı ilə canlı yayımlanacaq. Bundan bir saat sonra başlayacaq (21:00) “Neftçi” – “Uypeşt” (Macarıstan) oyunu isə “CBC Sport” telekanalı ilə göstəriləcək.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri