13 
İyl
2018
12:20
130
24
3324
Virtual karabakh

FIDE prezidenti vəzifəsindən kənarlaşdırıldı

13 İyl, 2018
12:20
3324

FIDE prezidenti vəzifəsindən kənarlaşdırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Etika Komitəsi qurumun prezidenti Kirsan İlyumjinovu vəzifəsindən kənarlaşdırıb.

Oxu.Az xəbər verir ki, bu barədə FIDE-nin Etika Komissiyası yekdilliklə qərar qəbul edib. 

İlyumjinov Etika Kodeksini pozmaqda günahlandırılır. 56 yaşlı funksionerin səlahiyyətləri bu gündən 18 ay müddətinə müvəqqəti dondurulub. Dərhal kənarlaşdırılma 6 ay – 12 yanvar 2019-cu ilədək qüvvədə olacaq. Qalan 12 aylıq diskvalifikasiya isə iki ildən sonra tətbiq olunacaq. 

FIDE prezidenti seçkisi bu il oktyabrın 3-də Gürcüstanın Batumi şəhərində keçiriləcək.

Milliyyətcə kalmık olan və Kalmıkiyanın ilk prezidenti olmuş İlyumjinov bu vəzifədə 1995-ci ilin noyabrından çalışırdı. 

Qeyd edək ki, hazırda ali şahmat qurumunun rəhbəri postuna rusiyalı Arkadi Dvorkoviç əsas namizəddir. 

S.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri