13 
İyl
2018
12:53
32
235
3320
Virtual karabakh

Azərbaycan “Qəbələ” və “Keşlə” “sayəsində” UEFA-da gerilədi

13 İyl, 2018
12:53
3320

Azərbaycan “Qəbələ” və “Keşlə” “sayəsində” UEFA-da gerilədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avrokubokların I təsnifat mərhələsinin 3-cü oyun günündən sonra UEFA reytinqi açıqlanıb. 

Oxu.Az xəbər verir ki, Avropa Liqasında keçirilmiş 40 matç UEFA reytinqində müəyyən dəyişikliklərə səbəb olub. 

Azərbaycanın da mövqeyini dəyişib. Meydana çıxan üç komandamızdan yalnız “Neftçi” qalib gəlibsə, “Qəbələ” və “Keşlə” məğlubiyyətə üzülüb.

Nəticədə Avropa Liqasındakı təmsilçilərimiz ölkəmizə 0,250 xal qazandırıb. Bununla da beş illik əmsalımız 17,125-ə yüksəlib. Bir gün əvvəl “Qarabağ”ın qələbəsi sayəsində Azərbaycan Belarusa çatıb, əlavə göstəricilərdəki üstünlük sayəsində 21-ci yerə qalxsa da, artıq mövqeyini əldən verib. Yenidən 22-ci sıraya düşən ölkəmiz Belarusu önə buraxıb.

S.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri