15 
İyl
2018
17:57
103
34
2521
Virtual karabakh

Stolüstü Tennis Federasiyası jurnalistlər üçün turnir təşkil edib – FOTO

15 İyl, 2018
17:57
2521

Stolüstü Tennis Federasiyası jurnalistlər üçün turnir təşkil edib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Stolüstü Tennis Federasiyasının və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə dünən KİV nümayəndələri arasında Milli Mətbuat Gününə həsr olunmuş turnir keçirilib.

Oxu.Az xəbər verir ki, turnirin açılış mərasimində iştirak edən Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov ölkəmizdə idmana göstərilən böyük diqqət və qayğıdan və son illərdə stolüstü tennisin inkişafı istiqamətində görülən işlərdən bəhs edib və KİV nümayəndələrini Milli Mətbuat Günü münasibəti ilə təbrik edib.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov turnirin Milli Mətbuatın 143 illiyi ilə əlaqədar təşkil edilən ilk tədbir olduğunu vurğulayıb, KİV nümayəndələrini təbrik edib.

Şəxsi kateqoriyada keçirilən turnirdə otuza yaxın KİV nümayəndəsi iştirak edib.

Qadınlar arasında Məxluqə Nəsirova I , Gülzar İbrahimova II, Rəsmiyyə Vahidova və Sevda Şəfiyeva III yerə layiq görülüblər.

Kişilər arasında Bəhruz Səmədov I, Rəşad Qəmərşahoğlu II, Məhərrəm İbrahimov və Ruslan Mikayıllı III yeri qazanıblar.

İştirakçılara hədiyyələr (raketka), qaliblərə Stolüstü Tennis Federasiyasının diplom, kubok və pul mükafatları təqdim olunub.

Qeyd edək ki, bu yarışda Oxu.Az-ı jurnalist Səbuhi Musayevlə fotoqraf Sadiq Fərzəlibəy təmsil edib.

ASTF Azerbaijan Table Tennis Federation adlı şəxsin şəkli.ASTF Azerbaijan Table Tennis Federation adlı şəxsin şəkli.ASTF Azerbaijan Table Tennis Federation adlı şəxsin şəkli.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri