15 
İyl
2018
20:54
152
498
8760
Virtual karabakh

DÇ-2018: Fransa millisi ikinci dəfə dünya çempionu oldu – VİDEO

15 İyl, 2018
20:54
8760

DÇ-2018: Fransa millisi ikinci dəfə dünya çempionu oldu – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında qalib müəyyənləşib.

Oxu.Az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada keçirilən finalda Fransa millisi Xorvatiya ilə qarşılaşıb.

Üçüncü dəfə final oynayan Fransa ilk dəfə finalda çıxış edən Xorvatiyadan üstün olub – 4:2.

Bununla da Fransa iyirmi il sonra ikinci dəfə dünya çempionu olub. 1998-ci ildə bürünc medal qazanmış xorvatlar isə ilk dəfə gümüş medallara sahib olub.

Həmçinin Fransanın baş məşqçisi Didye Deşam həm futbolçu kimi, həm də məşqçi kimi dünya çempionu adı qazanıb.

Qeyd edək ki, XXI dünya çempionatının bürünc medallarını İngiltərəni 2:0 məğlub etmiş Belçika əldə edib.

Səbuhi MUSAYEV 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri