18 
İyl
2018
17:47
69
30
5425
Virtual karabakh

Şamxal Məlikov: Hələ də şokdayam, fikir bildirəsi halda deyiləm

18 İyl, 2018
17:47
5425

Şamxal Məlikov: Hələ də şokdayam, fikir bildirəsi halda deyiləm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, minifutbol üzrə Alfa Liqa başa çatıb.

Oxu.Az turnirdən sonra həlledici matçlarda iştirak etmiş oyunçuların bəzilərinin fikirlərini təqdim edir:

Elvin Xudatov (“Sirena Motors”): “III yer tutduğumuza görə başda rəhbərliyimiz olmaqla, komanda yolaşlarımı təbrik edirəm. Məqsədimiz finala çıxmaq və çempion olmaq idi. Amma öz səhvimizdən finalı əldən verdik.

İnşallah, növbəti mösümdə çalışacağıq finala kimi yüksəlib rəhbərliyimizi sevindirək. LSS güclü komandadır. Lakin biz daha yaxşı oynayıb, qalib gəldik və qrupdakı məğlubiyyətin əvəzini çıxdıq. Bu cür maraqlı və baxımlı çempionat üçün təşkilatçılara da təşəkkürümüzü bildirirəm”.

Şamxal Məlikov (KATV1): “Hələ də şokdayam, fikir bildirəsi halda deyiləm. Hələ də inana bilmirəm ki, biz finalda məğlub olduq. Başa düşmürəm finalı necə uduzduq. Eybi yox, bombardir olmazdım, amma əvəzində çempion olardıq. On qolun əvəzinə finalda komandamıza qələbə gətirən qolu vurardım”.

Əsgər Məmmədbəyli (“Peçat Dönər”): “Açığı, çempionata qoşulmaq istəmirdik, başqa bir turnirdə iştirak edirdik. Amma sonra fikrimizi dəyişdik, dedik, qoşulaq, görək, necə çempionatdır.

Bizim çempionluq “Veni Vidi Vici”yə (gəldim, gördüm, qalib gəldim) oxşadı. Hətta çempionatın əvvəlində zarafatca dostlarımızın oynadığı digər komandalara deyirdik ki, özünüzü yormayın, onsuz da çempion bizik (gülür).

Sonda, həqiqətən də, belə də oldu. Kollektivdə bir dəfə də olsun pul, mükafat söhbəti olmadı. Komandamızda hökm sürən mehribançılığın nəticəsində çempion olduq. Heç vaxt arxayınlaşmadıq, sonacan mübarizə apardıq.

Finalda ilk qolu vurmağımız bizə çox kömək oldu. Rəqibimiz də çox yaxşı, özünü isbatlamış komanda idi. Sadəcə, KATV1-in finalda oyunu alınmadı. Komandalar var idi ki, deyirdilər, biz “Peçat Dönər”ə məğlub olsaq, gərək futbolla qurtaraq. Onlara demək istəyirəm ki, üzülməsinlər, çünki çempion komandaya məğlub olublar”.

Həzrət Mirzəyev (“Sirena Motors”): “LSS ilə finalda qarşılaşacağımızı düşünürdüm. Lakin yarımfinalda KATV1-ə uduzduqda LSS-in də uduzmasını istəyirdim. Uduzmağı sevməyən və qəbul etməyi bacarmayan biriyəm. Ona görə də LSS ilə yenidən qarşılaşmağı çox istəyirdim. Çünki qrupda onlara 3:2 hesabı ilə məğlub olmuşduq.

Yer tutmaq arzusu və revanş məqsədilə çıxdığımız oyunda 3:0 hesabı ilə qələbə qazandıq. Düzü, əvvəl ən yaxşı qapçı olacağımı düşünmürdüm. Alfa Liqada çox güclü qapıçılar var. Ancaq turlar irəlilədikcə mükafata layiq görüləcəyimə inamım artmışdı. 1/4 final oyununda etdiyim 12 “seyv” ilə siyahıda ilk pilləyə çıxdım.

Həmin oyundan sonra artıq inanırdım ki, ən yaxşı qapıçı seçiləcəyəm. Güclü qapıçıların olduğu çempionatda ən yaxşı qapçı nominasiyasında birinci seçilmək fəxrdir. Ümid edirəm ki, hər zaman bu pillədə qalaram”. 

S. M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri