18 
İyl
2018
23:18
331
25
5454
Virtual karabakh

“Olimpiya”nın baş məşqçisi: “Qarabağ”a azarkeşlik edəcəyik

18 İyl, 2018
23:18
5454

“Olimpiya”nın baş məşqçisi: “Qarabağ”a azarkeşlik edəcəyik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çempionlar Liqasının I təsnifat mərhələsinin “Qarabağ” – “Olimpiya” oyunundan sonra mətbuat konfransı keçirilib. 

Oxu.Az xəbər verir ki, öncə konfrans zalına “Olimpiya”nın baş məşqçisi İliya Stolitsa gəlib.

O bundan sonra Ağdam klubuna azarkeşlik edəcəyini bildirib:

“Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm. Öncə onu bildirim ki, bizə çətin rəqib düşmüşdü. Rəqib ilk oyunda qalib gəlmişdi deyə, meydana daha rahat çıxmışdı. 

Biz isə daha çox qol vurmağa çalışmalıydıq. Amma bunu bacara bilmədik. Bundan sonrakı mərhələlərdə “Qarabağ”a azarkeşlik edəcəyik.

Oyun vaxtı mən aqressiv deyildim. Ola bilər ki, müəyyən qədər emosional idim. Bu da oyundan irəli gələn bir şey idi”.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri