19 
İyl
2018
19:55
334
48
11292
Virtual karabakh

Ronaldudan kral bəxşişi: 20 min avro

19 İyl, 2018
19:55
11292

Ronaldudan kral bəxşişi: 20 min avro

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın “Yuventus” klubunun forvardı Kriştianu Ronaldu Yunanıstanın məşhur “Kosta Navarino” otelinin işçilərinə 17850 funt (19600 avro) çay pulu verib.

Oxu.Az “The Sun”a istinadən xəbər verir ki, Ronaldu bu oteldə “Yuventus” rəsmiləri ilə kluba transferlə bağlı danışıqlar aparıb.

Ronaldonun belə əliaçıqlığı otelin servisindən çox razı qalması ilə əlaqəlidir. 

“Yuventus” rəsmiləri otel rəhbərliyinə müraciət edərək pulu bütün əməkdaşlar arasında bərabər paylamağı xahiş edib.

Kriştianu Ronaldu iyulun 10-da “Real”ı tərk edərək “Yuventus”a transfer olunub. O, Turində ildə 30 milyon avro maaş alacaq. Jurnalistlərin hesablamalarına görə, portuqaliyalıya hər saniyə 1 avro ödəniləcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri