20 
İyl
2018
22:23
259
31
5618
Virtual karabakh

“Milan” əfv olundu

20 İyl, 2018
22:23
5618

“Milan” əfv olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Milan” yeni mövsümdə avrokuboklarda iştirak edə biləcək.

Oxu.Az xəbər verir ki, İdman Arbitraj Məhkəməsi (CAS) İtaliya klubunun apellyasiya şikayətinə baxıb və maliyyə feyr-pley qaydalarını pozduğu üçün UEFA tərəfindən kluba verilən cəzanı ləğv edib.

CAS-ın rəsmi saytında bildirilib ki, klubun hazırki maliyyə durumu normaldır və avrokuboklara qatılmasına maneə yaratmır.

Qeyd edək ki, ötən mövsüm transferlərə 210 milyon avro xərcləyən “Milan” klubu maliyyə feyr-pleyini pozduğu üçün 2 il müddətinə avrokuboklardan kənarlaşdırılmışdı.
Beləliklə də, “Milan” 2018/2019-cu il mövsümündə Avropa Liqasında mübarizəyə qatılacaq. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri