Avq
2018
10:06
192
10
3852
Virtual karabakh

Güləşçimiz Avropa çempionu oldu

2 Avq, 2018
10:06
3852

Güləşçimiz Avropa çempionu oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı keçirilir.

Oxu.Az xəbər verir ki, ikinci yarış günündə 60, 67, 72, 82 və 97 kq çəkidə yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Güləşçilərimiz yarış gününü bir qızıl medalla başa vurub. 

Məhəmmədəli Həsənov (67 kq) Çexiya və Moldovadan, Ülvi Qənizadə (72 kq) isə Ukrayna, Litva və Ermənistandan olan rəqiblərini üstələyərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda hər iki güləşçimizin rəqibi Gürcüstan idmançısı olub. 

Gərgin və maraqlı keçən qarşılaşmada rəqibini üstələyən Ülvi Qənizadə finala yüksəlib. Həlledici görüşdə Rusiya idmançısı Məhəmməd Yarbilova 3:1 hesabı ilə qalib gələn güləşçimiz çempionatın qızıl medalını qazanıb və Avropa çempionu olub. 

Yarımfinal görüşünü uduzan Məhəmmədəli Həsənov isə bürünc medal uğrunda görüşə haqq qazanıb. Ancaq güləşçimiz bu görüşdə də rusiyalı Mehdi Yəhyayevə 0:8 hesabı ilə uduzub və çempionatı V sırada tamamlayıb.

Beləliklə, gənclərdən ibarət yunan-Roma millimiz bir qızıl medalla Bakıya qayıdıb. Xatırladaq ki, bu, böyük məşqçi Nurəddin Rəcəbovun bu millidə ilk ciddi sınağı idi.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri