Avq
2018
22:55
39
104
7257
Virtual karabakh

“Qəbələ”nin çempionatdan çəkilməsi rəsmiləşdi

9 Avq, 2018
22:55
7257

“Qəbələ”nin çempionatdan çəkilməsi rəsmiləşdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan I divizionunun 2018/2019-cu illər mövsümündə “Qəbələ”nin əvəzedici komandasının iştirak etməyəcəyi dəqiqləşib.

Oxu.Az xəbər verir ki, cari mövsüm aşağı dəstədə çıxış edəcək 14 komanda bunlardır: 

“Kəpəz”, “Qaradağ Lökbatan”, “Şüvəlan”, MOİK, “Turan Tovuz”, “Ağsu”, “Zaqatala”, “Səbail-2”, “Zirə-2”, “Qarabağ-2”, “Keşlə-2”, “Sumqayıt-2”, “Neftçi-2” və “Sabah-2”. Sabah saat 13:00-da AFFA-nın inzibati binasında püşkatma mərasimi keçiriləcək.

Qeyd edək ki, “Qəbələ” əvəzedici komandasını maddi problemlərə görə çempionata buraxmaqdan imtina edib. Klub bunun üçün AFFA və PFL-ə müraciət ünvanlayıb.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri