11 
Avq
2018
22:54
185
46
4731
Virtual karabakh

“Neftçi” Premyer Liqanın açılış oyununda qalib gəldi

11 Avq, 2018
22:54
4731

“Neftçi” Premyer Liqanın açılış oyununda qalib gəldi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 11-də Azərbaycan Topaz Premyer Liqasının 2018-2019-cu il mövsümünə start verilib.

Oxu.Az xəbər verir ki, yeni mövsümün açılış matçında “Sumqayit” klubu doğma meydanda - “Kapital Bank Arena”da “Neftçi” komandasını qəbul edib.

Oyunda hesabı qonaqlar açıblar. Matçın 27-ci dəqiqəsində cinah ötürməsini “Neftçi”nin heyətində Mirabdulla Abbasov başla dəqiq tamamlayıb - 0:1. 

Qarşılaşmanın 66-cı dəqiqəsində sumqayıtlıların oyunçusu Vurğun Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Azlıqda qalan Sumqayıt təmsilçisi matçın 72-ci dəqiqəsində qapısında ikinci topu görüb.

Emin Mahmudov hesab arasındakı fərqi artırıb - 0:2. Qalan dəqiqələrdə qapılara top vurulmayıb və “Neftçi” yeni mövsümə qələbə ilə başlayıb.

Avqustun 12-də “Qəbələ” ilə “Səbail”, “Keşlə” və “Sabah” komandaları qarşılaşacaqlar.

“Qarabağ” - “Zirə” qarşılaşması ağdamlıların avrokuboklarda iştirakı ilə əlaqədar sentyabrın 29-da oynanılacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri