13 
Avq
2018
17:30
25
7
1147
Virtual karabakh

Qarabağ qaziləri və veteranları güləşçilərlə görüşüb

13 Avq, 2018
17:30
1147

Qarabağ qaziləri və veteranları güləşçilərlə görüşüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sərbəst güləş üzrə milli komandamız yarışla əlaqədar Qazax rayonunda təlim-məşq toplantılarını davam etdirir.

Oxu.Az xəbər verir ki, avqustun 9-dan başlayan təlim-məşqlərdə Azərbaycanın aparıcı idmançıları ilə yanaşı, Rusiya və Kanada Milli yığma komandalarının üzvləri də iştirak edir.

Dünya və Olimpiya çempionatlarının mükafatçılarından Hacı Əliyevin, Şərif Şərifovun, Cəbrayıl Həsənovun və başqalarının yer aldığı təlim-məşq toplantılarına ümumilikdə 40 idmançı qatılıb. 

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, milli komandanın baş məşqçisi Firdovsi Umudovun rəhbərliyi ilə keçirilən təlim-məşq toplantısı zamanı Qarabağ qaziləri və veteranları güləşçilərlə görüşüb. 

Vətənpərvərlik mövzusunun xüsusi əhəmiyyət daşıdığı görüşdə vətəni sevmək və qorumaqla bağlı söhbətlər edilib.

AGF-nin vitse-prezidenti F.Umudov idmançılarımızın vətənpərvər ruhda böyüdüyünü bir daha vurğulayıb: 

“Sizinlə fəxr edirik.  Biz də yığma komanda olaraq ordumuzun üzvüyük.  Ali baş komandanımızın ətrafında sıx birləşmişik.  Əsgərlərimizin, ordumuzun yanındayıq. 

Biz də öz növbəmizdə bayrağımızı ucaldıb, himnimizi səsləndirməliyik”.

F.Umudov torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin, qəhrəmanlıq göstərən döyüşçülərimizin Azərbaycan gəncləri üçün vətənpərvərlik nümunələri olduğunu bir daha vurğulayıb.

O, gənclərimizin  dövlətin və millətin mənafeyini hər şeydən üstün tutmalı olduğunu qeyd edib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri