14 
Avq
2018
13:12
294
24
3029
Virtual karabakh

Məmmədyarov daha bir turniri qazandı

14 Avq, 2018
13:12
3029

Məmmədyarov daha bir turniri qazandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Sent-Luisdə keçirilən (ABŞ) “Grand Chess Tour” seriyasında rapid-turnirin qalibi olub.

Oxu.Az xəbər verir ki, on üç turda şahmatçımız Sergey Karyakin (Rusiya) və Vişvanatan Anand (Hindistan) üzərində qələbə qazanıb, kubalı Lenyer Dominqeslə heç-heçə oynayıb.

Doqquz turdan sonra 12 xal toplayan Məmmədyarov amerikalı Hikaru Nakamura ilə 1-2-ci yerləri bölüşdürsə də, əlavə göstəricilərə görə sonuncunu qabaqlayıb.

Üçüncü yerdə isə digər amerikalı – turnirdə Məmmədyarova qalib gələn yeganə şahmatçı Fabiano Karuana (ABŞ) qarşılaşıb. 

Bu gün Sent-Luisdə “Grand Chess Tour”un üçüncü mərhələsi çərçivəsində blitz-turnir başlayacaq.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri